
Arterial təzyiqin sutkalıq monitorinqi (ATSM): nədir və kimlərə lazımdır?
ATSM — arterial təzyiqin 24–48 saat ərzində xüsusi portativ cihazla fasilələrlə ölçülüb ya...
ƏtraflıÜrəyin Holter monitorinqi
Bəzi ürək problemlərinin diaqnostikasında adi EKQ kifayət etmir. Bu hallarda ürək fəaliyyətinin uzun müddət qeydiyyatı üçün Holter monitorinqi tətbiq olunur.
Holter nədir?
Holter monitorinqi (sutkalıq EKQ) — 24 saat və ya daha uzun müddətdə daşınan kardioregistrator vasitəsilə EKQ-nin fasiləsiz yazılmasıdır. Yazı yaddaş kartına toplanır, daha sonra funksional diaqnostika həkimi kompüterdə analiz edərək ritm, aritmiyalar, iskemik dəyişikliklər, fasilələr barədə nəticə verir. Üsul ilk dəfə 1952-ci ildə təklif olunmuş alimin — Holterin — adı ilə bağlıdır.
Niyə istifadə olunur?
Müayinədən əvvəl terapevt/kardioloq baxışı aparılır və lazım gəlsə dərmanların dayandırılması planlanır. Holter aşağıdakıları aşkar edə bilər:
Ürək ritmi və döyüntülərin tezliyi
Ritm pozuntuları (SVES/VES, paroksizmal aritmiyalar)
İskemik dəyişikliklər (işemik ürək xəstəliyinə uyğun)
Bəzi qurğularda HRV — ritm müxtəlifliyi
Tətbiq göstərişləri: ürəkdöyünmə, qeyri-ritmik puls, başgicəllənmə, halsızlıq, bayılma; tipik/atipik angina əlamətləri; kardiostimulyator işinə nəzarət; müalicə dinamikasının izlənməsi.
Necə hazırlaşmalı?
Səhər duş; dəri quru və təmiz olmalıdır. Kişilərdə döş tüklərinin qırxılması məsləhətdir.
Dərmanlar yalnız həkim göstərişi ilə dayandırılır.
Normal yuxu və yüngül qidalanma; kip mayka və üzərindən boş geyim rahatdır; xanımlara büstqalter tövsiyə olunur.
Prosedur necə aparılır?
Döş qəfəsinə 5–7 birdəfəlik elektrod yerləşdirilir, naqillər kiçik registratora qoşulur və boyundan/beldən asılır. Qurğu işə salındıqdan sonra düymələrə toxunmayın (yalnız tibb işçisinin göstərişi ilə).
Pasiyentə gündəlik verilir:
Yatma/oyanma saatları
Yüklənmə epizodları (məs., pilləkənlə qalxma) və hisslər
Şikayətlərin dəqiq vaxtı (ürəkdöyünmə, başgicəllənmə və s.)
Qəbul edilən dərmanların saatı
Emosional gərginlik, qida, istirahət kimi faktorlar
Məhdudiyyətlər
Metalaxtarıcı çərçivələrdən keçməmək (ticarət mərkəzi, stadion və s.)
Rentgen/MRT aparılmır (MRT qəti olmaz); USM döş qəfəsini əhatə etmirsə olar.
Kompüter və mobil telefondan istifadə mümkündür.
Yatma zamanı qarnı üstə uzanmamaq.
Elektrod qoparsa, yenidən yapışdırın.
Nəticə və risklər
Ertəsi gün cihaz çıxarılır, yazı işlənir və nəticə verilir. Holter qeydlərinin şərhi mütəxəssis tələb edir.
Əks göstəriş: döş dərisinin iltihabi xəstəlikləri. Başqa məhdudiyyət yoxdur — istənilən yaş və yanaşı xəstəlikdə aparıla bilər.
Müəllif: Flora Yusufova, SƏHHƏT klinikasının kardioloqu


ATSM — arterial təzyiqin 24–48 saat ərzində xüsusi portativ cihazla fasilələrlə ölçülüb ya...
Ətraflı
Histeroskopiya — uşaqlığın daxili səthinin (endometriumun) xüsusi kamera (histeroskop) ilə...
Ətraflı
Hirsutizm — qadınlarda kişi tipli tüklənmə ilə xarakterizə olunan hormonal pozğunluqdur. S...
Ətraflı
Keratokonus — buynuz qişanın nazilməsi və konus formasını alması ilə xarakterizə olunan de...
Ətraflı