
Arterial təzyiqin sutkalıq monitorinqi (ATSM): nədir və kimlərə lazımdır?
ATSM — arterial təzyiqin 24–48 saat ərzində xüsusi portativ cihazla fasilələrlə ölçülüb ya...
ƏtraflıKeratokonus nədir?
Keratokonus — buynuz qişanın (korneanın) degenerativ, qeyri-iltihabi xəstəliyidir. Bu zaman kornea nazilir və gözdaxili təzyiq normal olsa da, önə doğru qabararaq konus formasını alır.
Belə korneadan keçən işıq şüaları düzgün sınmadığı üçün tor qişada təhrif olunmuş görüntü yaranır. Xəstəlik adətən bir gözdən başlayır, lakin zamanla hər iki gözü zədələyir. Ən çox 15–25 yaş arası dövrdə inkişaf edir və yaxından görmə və astiqmatizm ilə başlayır.
Zaman keçdikcə eynəklər kömək etmir, görüntü dumanlı və uzanmış olur, işığa qarşı həssaslıq yaranır. Müəyyən mərhələdə yalnız kontakt linzalar görüntünü korreksiya edə bilir.
Səbəbləri:
Keratokonusun dəqiq səbəbi bəlli olmasa da, buynuz qişadakı ferment balansının pozulması mühüm rol oynayır.
Korneanın zədələnməsinə təsir edən amillər:
Ultrabənövşəyi şüaların davamlı təsiri
Gözlərin tez-tez ovxalanması
Düzgün seçilməmiş linzalardan istifadə
30%-ə qədər hallarda keratokonus allergik xəstəliklərlə (astma, ekzema, allergik konyunktivit) müşahidə olunur. İrsi meyillilik də mümkündür.
Müalicə:
İlkin mərhələdə eynəklər və kontakt linzalar təyin olunur. Astiqmatizm artdıqda, sərt kontakt linzalar, hibrid linzalar, skleral linzalar istifadə edilir.
Ağır hallarda intrasstromal halqalar və krosslinkinq əməliyyatları aparılır.
Ən son mərhələdə kornea transplantasiyası (donor korneası ilə əvəzlənməsi) ən effektiv üsuldur.
Müəllif: SƏHHƏT klinikası, oftalmologiya şöbəsi


ATSM — arterial təzyiqin 24–48 saat ərzində xüsusi portativ cihazla fasilələrlə ölçülüb ya...
Ətraflı
Holter monitorinqi — ürək ritminin 24 saat və daha uzun müddət fasiləsiz EKQ yazısı ilə iz...
Ətraflı
Histeroskopiya — uşaqlığın daxili səthinin (endometriumun) xüsusi kamera (histeroskop) ilə...
Ətraflı
Hirsutizm — qadınlarda kişi tipli tüklənmə ilə xarakterizə olunan hormonal pozğunluqdur. S...
Ətraflı