
Arterial təzyiqin sutkalıq monitorinqi (ATSM): nədir və kimlərə lazımdır?
ATSM — arterial təzyiqin 24–48 saat ərzində xüsusi portativ cihazla fasilələrlə ölçülüb ya...
ƏtraflıHirsutizm nədir?
Hirsutizm — qadınlarda androgenə həssas nahiyələrdə (üz, çənə, sinə arası, qarın, göbək ətrafı) kişi tipli tüklərin əmələ gəlməsi ilə xarakterizə olunan vəziyyətdir. Təxminən 5% qadında müşahidə olunur.
Hirsutizm və hipertrixoz fərqi
Hipertrixoz — androgenə həssas olmayan hissələrdə nazik tüklərin artmasıdır. Hirsutizmdə isə tüklər qalın, tünd və uzanmış olur.
Səbəbləri:
Kişi hormonlarının (androgenlərin) artıq ifrazı
Tük follikullarının androgenə qarşı həssaslığının artması
Yumurtalıq və böyrəküstü vəz xəstəlikləri
Genetik meyillilik
Bəzi dərmanların qəbulu (anabolik steroidlər, kortikosteroidlər, minoksidil və s.)
Əlaqəli xəstəliklər:
Polikistoz yumurtalıq sindromu
Hipotireoz
Kuşinq sindromu
Prolaktinoma
Anadangəlmə böyrəküstü vəz pozğunluğu
Müalicə:
Hirsutizmin səbəbi həkim-endokrinoloq tərəfindən müəyyən edilməlidir.
Diaqnostika zamanı qanda testosteron, DHEA-SO4, LQ səviyyəsi yoxlanılır və USM / KT müayinəsi aparılır.
Əgər səbəb şiş və ya hormon istehsalı ilə bağlıdırsa, müalicə cərrahi və ya hormonal blokada ilə həyata keçirilir.
Əlavə tövsiyələr:
Artıq çəki olduqda karbohidratlı qidalardan pəhriz
Epilyasiya yalnız kosmetik məqsədlə, idiopatik hallarda mümkündür
Müalicə effekti 3–6 aydan sonra müşahidə olunur
Müəllif: Fəridə Nəsirli, həkim-endokrinoloq, SƏHHƏT klinikası


ATSM — arterial təzyiqin 24–48 saat ərzində xüsusi portativ cihazla fasilələrlə ölçülüb ya...
Ətraflı
Holter monitorinqi — ürək ritminin 24 saat və daha uzun müddət fasiləsiz EKQ yazısı ilə iz...
Ətraflı
Histeroskopiya — uşaqlığın daxili səthinin (endometriumun) xüsusi kamera (histeroskop) ilə...
Ətraflı
Keratokonus — buynuz qişanın nazilməsi və konus formasını alması ilə xarakterizə olunan de...
Ətraflı