
Arterial təzyiqin sutkalıq monitorinqi (ATSM): nədir və kimlərə lazımdır?
ATSM — arterial təzyiqin 24–48 saat ərzində xüsusi portativ cihazla fasilələrlə ölçülüb ya...
ƏtraflıFaringit nədir?
Udlaq — ağız boşluğu və yemək borusunun arasında yerləşən, mədə-bağırsaq sisteminin yuxarı hissəsidir. Faringit udlağın selikli qişasının və limfoid toxumasının iltihabıdır.
Faringit kəskin və xroniki olur.
Səbəbləri: Ən çox rast gəlinən virus faringitinə respirator infeksiyalar səbəb olur: adenovirus, rinovirus, paraqripp virusu, koronavirus, Epşteyn–Barr virusu, sitomeqalovirus və s.
Bakterial faringitə isə streptokokk, neyseriya, mikoplazma və xlamidiyalar səbəb ola bilər.
Xroniki faringit yuxarı tənəffüs yollarının infeksiyası və ya kimyəvi, mexaniki, tüstü, spirt kimi qıcıqlandırıcılardan yaranır.
Simptomlar:
boğaz ağrısı, qıcıqlanma və göynəmə
quru öskürək, hərarət, limfa düyünlərinin böyüməsi
Farinqoskopiyada udlaq qızarmış görünür, badamcıqlar böyüyə bilər.
Xroniki formada uzunmüddətli quru öskürək və boğazda quruluq olur.
Diaqnostika:
Faringoskopiya və həkim baxışı ilə aparılır. Lazım gələrsə, əlavə testlər təyin olunur. Həkim bakterial və virus mənşəli formaları ayırd edib uyğun müalicə verir.
Müalicə:
Rasiondan çox isti, soyuq, turş, acı və duzlu yeməklər çıxarılır, gündə 1.5–2 litr maye içilməlidir.
Siqaret tüstüsündən uzaq durmaq vacibdir. Virus mənşəli faringitdə — qarqara, aerozol, inhalyasiya; bakterial formada — həkim antibiotik təyin edir.
Müəllif: Nadirova Xalidə, LOR-həkimi, SƏHHƏT klinikası


ATSM — arterial təzyiqin 24–48 saat ərzində xüsusi portativ cihazla fasilələrlə ölçülüb ya...
Ətraflı
Holter monitorinqi — ürək ritminin 24 saat və daha uzun müddət fasiləsiz EKQ yazısı ilə iz...
Ətraflı
Histeroskopiya — uşaqlığın daxili səthinin (endometriumun) xüsusi kamera (histeroskop) ilə...
Ətraflı
Hirsutizm — qadınlarda kişi tipli tüklənmə ilə xarakterizə olunan hormonal pozğunluqdur. S...
Ətraflı