Blefarit nədir? Əlamətləri, səbəbləri və müalicəsi

Blefarit nədir?
Blefarit — göz qapaqlarının kənar hissəsinin iltihabıdır. Əsas törədiciləri Staphylococcus aureus, Demodex gənəsi, uşaqlarda isə Staphylococcus epidermidis sayılır.

Sadə blefarit zamanı göz qapağı kənarları qızarır, qalınlaşır, kirpik kökcüklərində kül rəngli pulcuqlar əmələ gəlir.
Xoralı blefarit zamanı irinli yaralar müşahidə olunur.
Meybomi blefariti isə piy vəzilərinin iltihabı və disfunksiyası nəticəsində yaranır — göz qapaqları qalınlaşır, sıxıldıqda ağ rəngli piyli sekret ifraz olunur.

Blefaritlər çox zaman xroniki formada uzun müddət davam edir.

Səbəbləri:

  • Uzunmüddətli infeksiyalar və immunitetin zəifləməsi

  • Mədə-bağırsaq sistemi xəstəlikləri

  • Gigiyenik qaydalara əməl etməmək

  • Vitamin çatışmazlığı

Əlamətləri:

  • Gözlərdə qaşınma və yorğunluq

  • Qapaqlarda ağırlıq, şişkinlik, qızartı

  • Pulcuqlanma, kəpək, işığa həssaslıq

  • Kirpiklərin qeyri-düzgün bitməsi və ya tökülməsi

Blefarit diaqnozu oftalmoloji baxış və mikroskopiya ilə qoyulur. Bəzən əlavə laborator analizlər (kirpik kökcüklərində Demodex aşkarlanması) tələb oluna bilər.
Müalicə üçün həkimə vaxtında müraciət vacibdir, çünki blefarit çox vaxt sistem xəstəliklərinin əlaməti ola bilər.

Müəllif: Dr. Leyla Əlizadə, oftalmoloq, SƏHHƏT klinikası

Blefarit nədir? Əlamətləri, səbəbləri və müalicəsi

Arterial təzyiqin sutkalıq monitorinqi (ATSM): nədir və kimlərə lazımdır?

Arterial təzyiqin sutkalıq monitorinqi (ATSM): nədir və kimlərə lazımdır?

ATSM — arterial təzyiqin 24–48 saat ərzində xüsusi portativ cihazla fasilələrlə ölçülüb ya...

Ətraflı
Ürəyin Holter monitorinqi: göstərişlər və hazırlaşma

Ürəyin Holter monitorinqi: göstərişlər və hazırlaşma

Holter monitorinqi — ürək ritminin 24 saat və daha uzun müddət fasiləsiz EKQ yazısı ilə iz...

Ətraflı
Histeroskopiya nədir? Göstərişlər, hazırlıq və gedişat

Histeroskopiya nədir? Göstərişlər, hazırlıq və gedişat

Histeroskopiya — uşaqlığın daxili səthinin (endometriumun) xüsusi kamera (histeroskop) ilə...

Ətraflı
Hirsutizm nədir? Səbəbləri, əlamətləri və müalicəsi

Hirsutizm nədir? Səbəbləri, əlamətləri və müalicəsi

Hirsutizm — qadınlarda kişi tipli tüklənmə ilə xarakterizə olunan hormonal pozğunluqdur. S...

Ətraflı