Ultrasəs diaqnostikası

Ultrasəs diaqnostikası

SƏHHƏT klinikasında qarın boşluğu, cinsiyyət sistemi, endokrin sistem, döl və damarların ultrasəs müayinəsi (USM) və doppleroqrafiyası aparılır.

Ultrasəs diaqnostikası SƏHHƏT klinikasında

SƏHHƏT klinikasında ən müasir avadanlıqlarla müxtəlif orqan və sistemlərin ultrasəs müayinəsi (USM) aparılır.


USM müayinəsi aparılan orqan və sistemlər

  • Qarın boşluğu orqanları

  • Sidik-ifrazat sistemi

  • Qadın cinsiyyət sistemi: uşaqlıq və yumurtalıqlar (transabdominal və transvaginal), follikulometriya, süd vəziləri

  • Kişi cinsiyyət sistemi: prostat vəzi (transabdominal və transrektal), xayalar

  • Endokrin sistem: qalxanabənzər vəzi, böyrəküstü vəzilər, pankreas, yumurtalıqlar, xayalar

  • Ağız suyu vəziləri, limfa düyünləri, yumşaq toxumalar

  • Dölün USM-i

  • Dölün 3D/4D USM-i


Doppleroqrafiya xidmətləri

  • Yuxu arteriyaları, vertebral arteriyalar, qarın aortası və onun şaxələrinin doppleroqrafiyası

  • Yuxarı və aşağı ətraf arteriya və venalarının doppleroqrafiyası

  • Süd vəziləri, qalxanabənzər vəzi, qarın boşluğu və kiçik çanaq orqanlarının doppleroqrafiyası

  • Böyrəklərin, xayalığın, kişi cinsiyyət üzvünün doppleroqrafiyası

  • Dölün qan dövranı sistemi və plasentanın doppleroqrafiyası


📞 Əlaqə nömrələri:
012 447 50 92; 012 447 85 55

USM müayinəsi Bakıda – SƏHHƏT klinikasında ultrasəs diaqnostikası