
SƏHHƏT Klinikası Çester Step testini təklif edir – ürək-damar sisteminin funksional vəziyyətini, dözümlülüyü və VO₂ Max göstəricilərini qiymətləndirmək üçün müasir və təhlükəsiz üsul.
Çester Step Testi
Yeni xidmət – Çester Step Testi (“Step Test Chester”) artıq SƏHHƏT Klinikasında!
İdman məşqlərinə sağlamlığınıza zərər vermədən başlayın və fiziki formunuzu düzgün qiymətləndirin.
Bir çox insanlar fiziki aktivliyə başlamazdan əvvəl orqanizmin yeni yüklənmələrə hazır olub-olmadığını nəzərə almırlar. Halbuki ürəyin və bütün orqanizmin ehtiyat imkanları yalnız yüklənmə zamanı üzə çıxır.
Yüklənmə testlərinin məqsədi:
İş qabiliyyətinin və idmana yararlığın müəyyən edilməsi.
Kardiorespirator sistemin funksional vəziyyətinin və rezervlərinin qiymətləndirilməsi.
İdman nəticələrinin və fiziki yüklənmələrin sağlamlığa təsirinin proqnozlaşdırılması.
Yüksək ixtisaslı idmançılar üçün profilaktik və reabilitasiya tədbirlərinin hazırlanması.
Zədələnmələrdən və xəstəliklərdən sonra reabilitasiya zamanı vəziyyətin izlənməsi.
Çester Step Testinin üstünlükləri:
Sadə, fizioloji və hər kəs üçün əlverişli üsul.
Maksimal aerob imkanların (VO₂ Max) dəqiq qiymətləndirilməsi.
İdmançılar, qəza xidmətləri və silahlı qüvvələrə qəbul üçün faydalı metod.
Valideynlər üçün – uşaqların hansı yüklənmələrə tab gətirə biləcəyini öyrənmək imkanı.
Artıq yüklənmələrin qarşısını almağa kömək edir.
Nəticə:
Çester Step testi – fiziki dözümlülüyün ölçülməsi və sağlam həyat tərzinə doğru ilk addımınızdır.
📞 Əlaqə nömrələri:
012 447 50 92; 012 447 85 55