Qastroenterologiya

Qastroenterologiya

SƏHHƏT klinikasında mədə-bağırsaq sistemi xəstəliklərinin müayinəsi və müalicəsi aparılır. Qastroenteroloqlarımız müasir diaqnostika və fərdi yanaşma ilə pasiyentlərə yüksək keyfiyyətli tibbi yardım göstərir.

Qastroenterologiya nədir?

Qastroenterologiya – mədə-bağırsaq sistemi xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan tibbin bir sahəsidir. Bu sahəyə qida borusu, mədə, onikibarmaq bağırsaq, nazik və yoğun bağırsaqlar, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi daxildir.


Əsas bölmələr

  • Hepatologiya – qaraciyər, mədəaltı vəzi və öd yollarının xəstəlikləri

  • Qida borusu xəstəlikləri: axalaziya, reflüks, ezofagit, Barret sindromu, diafraqma yırtığı

  • Mədə xəstəlikləri: qastrit, xora, dispepsiya, mədə sallanması, motorika pozuntuları

  • Onikibarmaq bağırsaq xəstəlikləri: duodenit, xora, spazmlar

  • Nazik bağırsaq xəstəlikləri: seliakiya, sorulma pozuntuları, divertikullar

  • Yoğun bağırsaq xəstəlikləri: kolit, qıcıqlanmış bağırsaq sindromu, qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi, disbakterioz, ishal və qəbizlik

  • Qaraciyər xəstəlikləri: viruslu və metabolik hepatitlər, autoimmun hepatit, qaraciyər piylənməsi, alkoqol zədələnməsi, dərman toksikozları

  • Öd kisəsi və yollarının xəstəlikləri: xolesistit, xolangit, öd durğunluğu ilə müşayiət olunan patologiyalar

  • Mədəaltı vəzin xəstəlikləri: iltihabi xəstəliklər, ekzokrin disfunksiyalar və s.


Qastrohepatologiyanın əhəmiyyəti

Qastrohepatologiya həmçinin aşağıdakı hallarda mühüm rol oynayır:

  • həzm sistemi orqanlarının xərçənglərinin aşkarlanması,

  • öd yollarında daş və şişlərin diaqnostikası,

  • bağırsaq qurd xəstəliklərinin təyini,

  • qaraciyərin infeksion xəstəliklərinin aşkarlanması,

  • pasiyentin müvafiq mütəxəssisə yönləndirilməsi.


📞 Əlaqə nömrələri:
012 447 50 92; 012 447 85 55

Qastroenteroloq – mədə, bağırsaq, qaraciyər, öd kisəsi və mədəaltı vəzi xəstəliklərinin diaqnostika və müalicəsi