Pediatriya

Pediatriya

SƏHHƏT klinikasında pediatr uşaqlarda həzm, tənəffüs, ifrazat, nevroloji və digər xəstəliklərin diaqnostika və müalicəsini aparır. Uşaqların sağlam inkişafına nəzarət olunur.

Pediatriya SƏHHƏT klinikasında

Pediatr – hər bir uşağın həyatında ilk həkimdir. Buna görə də valideynlər pediatr seçimində məsuliyyətli davranmalıdır.

Pediatriya – tibbin uşaqlarda xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan sahəsidir. Bu elm böyüməkdə olan uşağın orqanizminin xüsusiyyətlərini, yaşla bağlı dəyişiklikləri, uşağa qulluq qaydalarını və xəstəliklərin gedişini öyrənir.

SƏHHƏT klinikasının pediatriya şöbəsində müxtəlif xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir:


Həzm sistemi xəstəlikləri

  • Qastrit

  • Mədə və 12 barmaq bağırsaq xorası

  • Öd yolları diskineziyaları

  • Xolesistit

  • Pankreatit

  • Kolit, enterit

  • Helmintozlar

  • Disbakterioz


Tənəffüs sistemi xəstəlikləri

  • Kəskin respirator xəstəliklər

  • Bronxit

  • Pnevmoniya

  • Plevrit

  • Bronxial astma

  • Pollinoz və digər allergik problemlər


Birləşdirici toxuma xəstəlikləri

  • Revmatizm

  • Revmatoid poliartrit

  • Sistemli qırmızı qurd eşənəyi

  • Dermatomiozit

  • Düyünlü periarterit


İfrazat sistemi xəstəlikləri

  • Qlomerulonefrit

  • Piyelonefrit

  • Nefrotik sindrom


Nevroloji problemlər

  • Epilepsiya və epileptiform paroksizmlər

  • Baş ağrıları

  • Somnambulizm (yuxugəzərlik)

  • Tiklər

  • Enurez

  • Sinir sisteminin bətndaxili inkişaf qüsurları

  • Hiperaktivlik və diqqət zəifliyi sindromu

  • Uşaqlarda fiziki inkişafdan qalma və artıq çəki problemləri

  • Raxit, spazmofiliya, distrofiyalar

  • Hipo- və hipervitaminozlar

  • Diatezlər


📞 Əlaqə nömrələri:
012 447 50 92; 012 447 85 55

Pediatr qəbulu – uşaq xəstəliklərinin diaqnostika və müalicəsi Bakıda, SƏHHƏT klinikasında