
SƏHHƏT klinikasında müasir oftalmologiya xidmətləri: görmə qabiliyyətinin müayinəsi, kompüter diaqnostikası, göz xəstəliklərinin erkən aşkarlanması və müalicəsi.
Oftalmologiya – göz xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan tibbin bir sahəsidir.
Çox vaxt insanlar yaxşı gördüklərini düşündükləri üçün müayinəyə ehtiyac duymurlar. Lakin yaxşı görmə hələ görmə sisteminin tam sağlam olması demək deyil.
Gözdaxili təzyiq, buynuz qişanın qalınlığı, tor qişanın vəziyyəti və digər göstəricilər yalnız həkim-oftalmoloq tərəfindən aparılan diaqnostika zamanı müəyyən edilir. Bu, ciddi problemin olub-olmadığını vaxtında aşkarlamağa imkan verir.
Erkən diaqnostika və düzgün müalicə görməni qorumağın ən vacib yoludur. Buna görə də oftalmoloqlar hətta heç bir şikayət olmasa belə ildə bir dəfə müayinəni tövsiyə edirlər.
Hamilə və hamiləliyi planlaşdıran qadınlar
Uşaqlar (1, 6, 12 aylıqda, 3 yaşında, məktəbəqədər və məktəbdə hər il)
Yaxındangörmə, uzaqdangörmə və astiqmatizmi olanlar
40–50 yaşdan yuxarı insanlar (katarakta, qlaukoma, tor qişa distrofiyası riski artır)
Hipertoniya və şəkərli diabet xəstələri (bu xəstəliklər görməyə mənfi təsir göstərə bilər)
Kompüter diaqnostikası göz xəstəliklərini vaxtında aşkar etməyə və qarşısını almağa kömək edir.
Gözdə qızarma, yaşarma varsa
Göz qapaqları şişibsə
Quzehli qişanın rəngi dəyişibsə
İkigörmə müşahidə olunursa
Gözlərdə ağrı varsa
Göz qarşısında qığılcımlar, boz-qara ləkələr görünürsə
İşıq mənbəyinin ətrafında rəngli halqalar varsa
Görmə dumanlı və qeyri-dəqiqdirsə
Periferik görmə zəifləyibsə
Qaranlıqda pis görmə varsa
İşığa həssaslıq artıbsa
Göz qarşısında “pərdə” hiss edilirsə
Siz görmə qabiliyyətinin kompleks müayinəsi və diaqnostikasını keçərək vaxtında tədbir görə bilərsiniz.
🌿 Sağlam olun!
📞 Əlaqə nömrələri:
012 447 50 92; 012 447 85 55