
SƏHHƏT klinikasında nevroloji xəstəliklərin diaqnostikası və müalicəsi aparılır. Nevropatoloq baş ağrıları, yuxu pozğunluqları, yaddaş zəifliyi və digər sinir sistemi problemlərində sizə kömək edəcək.
Sinir sistemində baş verən və xroniki xarakter daşıyan patoloji dəyişikliklərə nevroloji xəstəliklər deyilir. İnsan orqanizminin bütün sistemlərinin fəaliyyəti sinir sisteminin sağlamlığından asılıdır.
Onun işindəki kiçik çatışmazlıqlar belə bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər. Sinir sisteminin vəziyyəti digər xəstəliklərin müalicəsinə də təsir göstərir. Bu səbəbdən nevroloji xəstəliklərin qarşısının alınması sağlamlığın qorunmasında mühüm rol oynayır.
Nevroloji xəstəliklərin müalicəsi çox vaxt uzunmüddətli və mürəkkəb prosesdir.
Baş ağrıları və başgicəllənmələr
Səbəbsiz halsızlıq, ətraflarda keylik və digər hissi pozulmalar
Əzələ qüvvəsinin azalması
Yerişin dəyişməsi, müvazinət pozğunluğu
Ətraflarda qeyri-ixtiyari hərəkətlər, əsmələr
Huşun itməsi və qıcolmalar
Yaddaş pozulmaları
Yuxu pozulmaları
İkigörmə
Səbəbsiz qusma və digər şikayətlər
Diaqnoz yalnız həkim nəzarəti altında təyin edilməlidir. Sadalanan simptomlar digər xəstəliklər zamanı da müşahidə oluna bilər. Əsas xəstəlik müalicə edilmədikdə, aparılan müalicənin effekti də aşağı olur.
📞 Əlaqə nömrələri:
012 447 50 92; 012 447 85 55