Dermatologiya

Dermatologiya

SƏHHƏT klinikasında dermatoloqlar dəri, saç və dırnaq xəstəliklərinin müalicəsi ilə məşğul olur. Müasir diaqnostika və fərdi yanaşma ilə sağlam dəriyə qovuşun.

Dermatologiya nədir?

Dermatologiya – dərinin quruluşu və funksiyasını, dəri xəstəliklərinin səbəblərini, onların inkişaf mexanizmini, müalicə və profilaktikasını öyrənən tibbin bir sahəsidir. (“Derma” – dəri, “logos” – öyrənmək).


Dəri xəstəliklərinin səbəbləri

Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri çoxşaxəlidir:

  • infeksiyalar, viruslar, bakteriyalar, ibtidailər;

  • isti və soyuq iqlim təsirləri;

  • müxtəlif kimyəvi maddələrin təsiri;

  • zəifləmiş immunitet və daxili orqan xəstəlikləri.


Dərinin orqanizmlə əlaqəsi

Dəri qan-damar, limfa və sinir sistemi vasitəsilə bütün orqanizmlə sıx bağlıdır. Buna görə də daxili orqanlarda gedən fizioloji və patoloji proseslər dəridə öz əksini tapır. Çox vaxt daxili xəstəliklərin ilk əlamətləri məhz dəri dəyişikliklərində müşahidə olunur.


📞 Əlaqə nömrələri:
012 447 50 92; 012 447 85 55

Dermatoloq – dəri, saç və dırnaq xəstəliklərinin diaqnostika və müalicəsi