Dr. Volfqanq Titiusun iştirakı ilə SƏHHƏT klinikasında beynəlxalq cərrahiyyə master-klassları

Dərc olunma tarixi 21.07.2017

Dr. Volfqanq Titiusun iştirakı ilə SƏHHƏT klinikasında beynəlxalq cərrahiyyə master-klassları - Image 1

6–20 avqust tarixlərində SƏHHƏT klinikasında Almaniyadan dəvət olunmuş visseral və torakal cərrahiyyə üzrə ekspert, tibb elmləri doktoru Dr. Volfqanq Titius tərəfindən beynəlxalq tibbi standartlara uyğun master-klasslar keçiriləcək.

Təlimlər cərrahi xəstələrlə işin təşkili və iş yerində tibbi nəzarət mövzularını əhatə edəcək. Tədbirin məqsədi həkimlərin praktik bacarıqlarının artırılması və müasir tibbi yanaşmaların tətbiqidir.

Dr. Titius ümumi, visseral və torakal cərrahiyyə üzrə geniş təcrübəyə malikdir. O, həmçinin səhiyyənin beynəlxalq menecmenti, rentgen diaqnostika və transfuziologiya sahələrində mütəxəssisdir.
Həkim İcbari Tibbi Sığorta Birliyinin (KV) təcili yardım xidmətində çalışmış, İngiltərənin Milli Səhiyyə Xidmətində cərrah-konsultant kimi fəaliyyət göstərmişdir. Bundesver və NATO tibbi kurslarının sertifikatına malikdir.

Bu master-klasslar yerli mütəxəssislər üçün beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi baxımından mühüm imkan yaradacaq.

Son xəbərlər

SƏHHƏT klinikasına ISO 7101 beynəlxalq standartı üzrə sertifikat təqdim olundu
23.02.2025

SƏHHƏT klinikasına ISO 7101 beynəlxalq standartı üzrə sertifikat təqdim olundu

ISO 7101 sertifikatı

Ətraflı
Ən əsası – təhlükəsizlikdir! SƏHHƏT klinikası tədbirdə tibbi dəstək göstərdi
06.07.2024

Ən əsası – təhlükəsizlikdir! SƏHHƏT klinikası tədbirdə tibbi dəstək göstərdi

Tədbirdə tibbi dəstək

Ətraflı
SƏHHƏT klinikasında İlk tibbi yardım (First Aid) təlimləri
01.10.2022

SƏHHƏT klinikasında İlk tibbi yardım (First Aid) təlimləri

First Aid təlimləri

Ətraflı
Sağlam İşçi – Uğurlu Şirkət! Korporativ tibbi xidmətlər SƏHHƏT klinikasında
01.02.2022

Sağlam İşçi – Uğurlu Şirkət! Korporativ tibbi xidmətlər SƏHHƏT klinikasında

Korporativ tibbi xidmətlər

Ətraflı