
Əmək şəraitinin qiymətləndirilməsi, risklərin müəyyən edilməsi və normativ tələblərə uyğunluğun təmin olunması.
Contact UsBiz kimik?
Sizi istehsalatda sağlamlıq və təhlükəsizliyi prioritet hesab edən “Səhhət” Azərbaycan-Almaniya MMC -nin rəsmi səhifəsində salamlayırıq!
Biz iş yerlərində əmək şəraiti və istehsalat amillərinin ölçülməsi, əməyin ağırlığının və gərginliyinin qiymətləndirilməsi, həmçinin attestasiya prosesinin A-dan Z-yə kimi qanunvericilik tələblərinə uyğun həyata keçirməkdə şirkətin yaratdığı attestasiya komissiyasına dəstək göstərilməsi üzrə ixtisaslaşmış peşəkar komandayıq. Missiyamız yalnız rəsmi yoxlamaları aparmaq deyil, həm də müəssisəniz üçün sağlam və təhlükəsiz iş mühitinin qurulmasına kömək etməkdir. Çünki sağlam mühit həm işçilərin rifahına, həm də ümumi məhsuldarlığa birbaşa təsir edir.
Akkreditasiya Attestatı və Akkreditasiya Sahəsi ilə tanış olmaq üçün:
https://accreditation.gov.az/az/uygunlugun-qiymetlendirilmesi/inspeksiya_orqanlari
Services
We provide the highest quality service with our professional team and modern equipment
Zərərli və (və ya) təhlükəli istehsalat amillərinin aşkar edilməsi və iş şəraitinin əməyin mühafizəsi üzrə dövlət normativ tələblərinə uyğunlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi məqsədilə iş yerlərində əmək şəraitinin qiymətləndirilməsidir.
İstehsalat mühitinin fiziki, kimyəvi amilləri üzrə instrumental ölçmələrin və tədqiqatların tam kompleksi həyata keçirilir. Bu ölçmələr həm iş yerlərinin attestasiyası və istehsalat nəzarəti çərçivəsində, həm də müəssisələrin fərdi müraciətləri əsasında icra olunur, nəticələr rəsmi protokollarla sənədləşdirilir.
İşəgötürən tərəfindən həyata keçirilən, işçilərin əmək şəraitinin yaxşılaşdırılmasına, zərərli və təhlükəli amillərin səviyyəsinə nəzarət edilməsinə, peşə xəstəliklərinin profilaktikasına və sanitariya-epidemioloji tələblərə riayət olunmasına yönəlmiş praktiki tədbirlər kompleksidir.
Comprehensive services provided by our professional team
Müəssisəyə İYA hazırlıq və bütün mərhələlərində lazımi əmrlərin, qərarlarin və iş qrafiklərinin hazırlanmasına kömək edirik.
Fiziki, kimyəvi amillərin instrumental ölçmələrini, psixofizioloji faktorların qiymətləndirilməsini və bunlar əsasında əmək şəraitinin gigiyenik qiymətləndirilməsini aparırıq.
Nəticələr əsasında iş şəraitini yaxşılaşdırmaq, riskləri azaltmaq və bütün iş yerlərinin əmək mühafizəsi üzrə tələblərə uyğunlaşdırılmasını nəzərdə tutan tədbirlər planı hazırlayırıq.
Qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti ağır və/və ya zərərli olan işlərdə məşğul olan işçilərə güzəşt və kompensasiyaların təyini və ləğvinin əsaslandırılması.
Attestasiya ilə bağlı bütün sənədləri biz hazırlayırıq ki, siz biznesinizin əsas istiqamətlərinə fokuslana biləsiniz.
Legal Requirements
Main legislation and requirements related to workplace attestation