Çester Step Testi

SƏHHƏT klinikasında yeni xidmət – Çester Step testi (“Step Test Chester”)

İdman məşqlərinə sağlamlığınıza zərər vermədən başlayın!

                           

Bir çoxları sağlamlıqları ilə məşğul olmaq qərarına gələndə orqanizmlərinin yeni yüklənmələrə hazır olub-olmadıqlarını düşünmədən fiziki məşqələlərə başlayırlar. Bu isə gələcəkdə gözlənilməz fəsadlarla nəticələnə bilər.

İdman və bədən tərbiyəsi ilə məşğul olanların iş qabiliyyətinin, fiziki hazırlığının və dözümlülüyünün adi vəziyyətdə yoxlanması orqanizmin funksional vəziyyətini və ehtiyat imkanlarını əks etdirmir. Orqanların patologiyaları və onların funksional çatışmazlıqları orqanizm yükləndikdə daha aydın bilinir. Ürəyin ehtiyat imkanları orqanizm normadan artıq yükləndikdə aşkar olunur. 

Təəssüf ki, bütün orqanizmin fəaliyyət göstərməsində aparıcı rol oynayan ürəyin funksiyası əsasən hərəkətsizlik şəraitində müayinə olunur. Halbuki ürəyin nasos funksiyasının hər hansı şəkildə pozulmasını ürək döyüntüləri normadan artıq olanda rahat aşkar etmək olur. Həm də ürəyin ehtiyat imkanları yalnız adi yüklənmələri üstələyən aktivlikdə aşkarlana bilər.
Bu səbəbdən də, müasir səviyyədə ürək-damar sisteminin funksional vəziyyətinin qiymətləndirilməsi yüklənmə testlərindən istifadə etmədən mümkün deyil.

Yüklənmə testlərinin məqsədi:

1)    Iş qabiliyyətinin və hər hansı idman növü ilə məşğul olmaq üçün yararlığın müəyyən edilməsi;
2)    kardiorespirator sisteminin funksional vəziyyyətinin və onun rezervlərinin qiymətləndirilməsi;
3)    mümkün idman nəticələrinin proqnozlaşdırılması, həmçinin fiziki yüklənmələr nəticəsində səhhətdə yarana biləcək pozuntuların proqnozlaşdırılması.
4)    yüksək ixtisaslı idmançılar üçün səmərəli profilaktik və reabilitasiya proqramlarının təyini və tərtibi
5)    Xəstəliklər zamanı, yaxud zədələnmələrdən sonrakı reabilitasiya dövründə İdmançılarda funksional vəziyyətin və istifadə olunan vasitələrin səmərəliliyinin qiymətləndirilməsi.

Çester step testi müxtəlif fiziki hazırlıqlı şəxslər üçün ən fizioloji, sadə və əlverişli vasitədir.
Çester step-testi fərdin maksimal aerob imkanlarının düzgün qiymətləndirməsi üçün tərtib olunub. İdman məşqçiləri bu testdən idmançının orqanizminin oksigeni maksimum mənimsəməsini (VO2 Max) qiymətləndirmək üçün istifadə edir. Qəza xidmətlərində və silahlı qüvvələrdə çalışmaq istəyən insanlar üçün bu test xüsüsilə yararlıdır. O, həmçinin uşaqlarını idman məşğələlərinə yazdırmaq istəyən valideyinlər üçün faydalıdır. Test uşaq orqanizminin hansı yüklənmələrə tab gətirə biləcəyini təyin edir, həddən artıq yüklənmələrin qarşısını almağa kömək edir.

Çester step testi fərdi fiziki dözümlülüyün ölçülməsi sahəsində inanılmaz vasitə olmaqla,  fiziki formanızın yaxşılaşdırılması yolunda sizin üçün ilk mərhələ rolunu oynayacaq.

Qiymət: 30 AZN

Əlaqə nömrələri: 012 447 50 92; 012 447 85 55